Bolnisidə
27.10.2020 15:50
1201
Kriminal
A
Bolnisidə "Sosial Ədalətilik Naminə" siyasi hərəkatın nümayəndəsi fiziki hücuma məruz qalıb - FOTO
Son dəqiqə gələn məlumatına görə, Bolnisidə "Sosial Ədalətilik Naminə" siyasi hərəkatın nümayəndəsi Namiq Bayramov fiziki hücuma məruz qalıb. Aktual.ge xəbər verir ki, N.Bayramov Bolnisinin Ratevani kəndində ölümlə nəticələnmiş yol qəzasını maraqlanmaq üçün sözügedən qəzanın baş verdiyi əraziyi gedib. O, orada hadisənin təfərrüatını araşdırıb şəkil çəkmək istəyərkən bir grup ona hücum edərək, fiziki şiddət yetirib. N.Bayramov hazırda səhhətinin yaxşı olmadığını ifadə edib: "Mən sadəcə hadisənin necə baş verdiyini maraqlanmaq istədim. Mənə bir neçə nəfər polisin gözü qarşısında hücum etdi. Burada kameralar da var ümüd edirəm ki, hər şey aydın olacaq". Xatırladaq ki, Bolnisi rayonunun Ratevani kəndində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
ŞƏRH YAZ
3