Namiq Bayramov Bolnisidə baş verənlərdən danışdı -
27.10.2020 16:23
1550
Kriminal
A
Namiq Bayramov Bolnisidə baş verənlərdən danışdı - "Polisin gözü qabağında məni..." (FOTO)
"Sosial Ədalət Uğrunda" siyasi hərəkatının Bolnisi və Dmanisi rayonu üzrə nümayəndəsi Namiq Bayramov Bolnisidə fiziki hücuma məruz qalıb. Aktual.ge MtavariTv-ə istinadən xəbər verir ki, şahidlər Namiq Bayramovun "Gürcü Arzusu" nümayəndələri tərəfindən fiziki təcavüzə məruz qaldığını iddia edirlər. Sözügedən telekanala danışan zərərçəkən 30 nəfərlik bir qrupun hücumuna və fiziki təcavüzünə məruz qaldığını bildirir. Onun sözlərinə görə, hadisə polisin qarşısında baş versə də hələ ki, saxlanılan yoxdur. "Gənclər idilər. Bilmirəm 20 nəfər idilər yoxsa 30 nəfər. Polisin gözü qabağında məni döyürdülər. Hələ heç kim saxlanılmayıb",-deyə o deyib. N.Bayramov hazırda təcili yardım maşınında tibbi yardım görür. Məlumat üçün bildirək ki, Bolnisi rayonunun Ratevani kəndində bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. N.Bayramov isə qəzanın baş verdiyi əraziyə gedərək oradan şəkil çəkmək istəyib, ancaq bu sırada ona fiziki hücum olunub. Xatırladaq ki, Bolnisi rayonunun Ratevani kəndində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
ŞƏRH YAZ
2