27.10.2020 00:11
869
Siyasət
A
"Seçkilərdə vətəndaşın səsini pulnan və ya təzyiq göstərilərək almaq olar"? - Şeyx İZAH ETDİ
Gürcüstanda hər keçən seçki yerli mətbuatda qarşımıza çıxır ki, seçkilərdə partiyalar vətəndaşlara rüşvət təklif edir, vətəndaşların pul və ya hər-hansısa qida məhsulu ilə səsini alır. Elə o cümlədən, 2018-ci ildə ölkəmizdə həyata keçirilmiş prezident seçkilərinin ikinic turunda hakim partiyanın Qardabanidə vətəndaşların səsini almaq üçün kartof, soğan payladığı iddiası ilə xəbərləri yayılmışdı. 4 gün sonra - 31 oktyabr ölkəmizdə 2020 parlament seçkiləridir. Bəs maraqlıdır ki, dinimiz İslamın seçkilərə baxışı necədi? Aktual.ge xəbər portalı islam dininin seçkilərdə vətəndaşların səslərinin pulla və ya təzyiqlə alınmasındakı baxışını öyrənmək, üçün Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi seyid Mirtəqi Əsədovun fikirlərini öyrənib. Şeyx qeyd edib ki, -"Seçkilərdə hər hansısa bir partiya tərəfdən insanların azad iradəsinin və səslərinin qorxudularaq təzyiq və ya pulla alınması, İslam dinində haram və kəskin şəkildə qadağandır". Müvafiq suallarla bağlı o İslami baxış nöqteyi-nəzərdən fikirlərini belə çatdırıb: "Hər-kəs seçkilərdə öz azad səsini verməlidir. İslamın seçkiyə baxışı özəl və gözəl, dinimizdə insanların azad şəkildə seçim etmələri təqdirəlayiq bir şeydir. yaşadıqları yerdən asılı olmayaraq İstər Müsəlman istər Xristian istərsə də digər ölkələrdə, insanların aktiv olması, ictimai və siyasi məsələlərdə reaksiya verərək öz mövqelərini bildirmələri və azad iradələrini ifadə etmələri, İslam dinində yüksək şəkildə alqışlanır həm də ciddi şəkildə tövsiyə və təkid olunur. İslamda şəxslərin insanlara təzyiq etmələri və müəyyən yollarla, qorxu və ya rüşvətlə insanların satın alınması kəskin formada qınanılır. Kimsə kiminsə tərəfdarıdırsa, ona dəstək göstərirsə bu başqa məsələ, lakin təzyiq, rüşvət vasitəsiylə səslərin satın alınması və xalqın qorxudulması həm qanunlara ziddir həm də din, əxlaq və demokratiya nöqteyi-nəzərindən düzgün deyil. Hamı çox yaxşı bilir ki, seçki ölkənin və insanların dörd il boyunca siyasi, ictimai və iqtisadi müqəddəratı anlamındadır. Onun üçün də məsələ hər bir vətəndaş üçün çox prinsipial önəm kəsb edir və seçki uğrundakı mübarizə isə həmin müqəddəratın etibarlı və layiqli yaxud da nalayiq əllərə tapşırılmasından ibarətdir. Hər hansı bir partiyanın seçki öncəsi təzyiqi və rüşvəti həm öz ləyaqətinə həm də seçicinin şüuruna hörmətsizlik və təhqirdən başqa bir şey deyil. Seçki nə qədər demokratik olarsa, bir o qədərdə ölkə həqiqi mənada böyük uğurlar və müvəffəqiyyətlər ksəb edər. Düşünürəm ki, bütün ölkələrdə xalqlar həmin müvəffəqiyyətləri və uğurları öz qeyri-demokratikiliyi ilə onlardan almaq istəyənlərə öz şüurlu və azad səsləri ilə dur deməlidilər". O, əlavə edib ki, yeri gəlmişkən qarşıdan gələn seçkilərdə də ölkəmiz Gürcüstana özü və vətəndaşları üçün layiqli seçkilər keçirməsindən müvəffəqiyyətlər diləyirəm.
ŞƏRH YAZ
2