Rustavidə dəhşətli qəza - Bir nəfər yeniyetmə dünyasını dəyişib
28.10.2020 00:39
377
Kriminal
A
Rustavidə dəhşətli qəza - Bir nəfər yeniyetmə dünyasını dəyişib
Rustavidə dəhşətli qəza baş verib. Aktual.ge xəbər verir ki, qəza Rustavi şəhərində XIX mikrorayon yaxınlığında baş verib. Mövcud məlumatlara görə, "Opel" markalı avtomobili idarə edən 19 yaşlı qızın sükanı çevirə bilmədiyi və avtomobilin aşdığı ehtimal olunur. Qəza nəticəsində 15 yaşlı uşaq yerindəcə dünyasını dəyişib, 3 nəfər yaralı isə "Rustavi Klinikası"na aparılıb. Tibb müəssisəsindən bildirilib ki, sınığı aşkarlanan və neyrocərrahiyəyə ehtiyac olan 27 yaşlı şəxs Tbilisidəki "Deka" Klinikasına aparılıb. 23 yaşlı kişi baş səthi nahiyəsindən, 19 yaşlı qız isə sinə nahiyəsindən xəsarət alıb. Onlara müvafiq tibbi yardım göstərilib və artıq klinikadan çıxarılıblar. Qəza yerinə təcili yardım və patrul polis qrupları səfərbər edilmişdir. Hadisə ilə bağlı istintaq başladılıb.
ŞƏRH YAZ
3