Marneulidə iş adamının evinə əl qumbarası atılıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.
Əldə edilən əsasən, "Oğru dünyası"nın tərəfdarları iş adamından külli miqdarda qanunsuz pul tələb ediblər. Tələblə razılaşmayan iş adamının evinə səhər saatlarında əl qumbarası atılıb. Xoşbəxtlikdən, bomba partlamayıb və heç kim xəsarət almayıb.
Mövcud məlumata görə, hadisə ilə bağlı 3 nəfər saxlanılıb.
Aktual.ge xəbər portalı sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.
Xatırladaq ki, avqustun sonunda Marneulidə "Oven" şirniyyat evlərinin sahibindən kriminal aləm tərəfindən qanunsuz olaraq 100 min dollar tələb olunmuşdu. Məbləği ödəməyən iş adamının həyətindəki avtomobil yandırılaraq kül edilmişdi.