Marneulidəki qorxunc hadisə ilə bağlı Prokurorluq detalları açıqladı
13.09.2024 18:47
1181
Kriminal
A
Marneulidəki qorxunc hadisə ilə bağlı Prokurorluq detalları açıqladı

Marneulidə bir iş adamının evinə qumbara atılması və cinayətin gizlədilməsi ilə bağlı saxlanılan üç nəfərə Gürcüstan Baş Prokurorluğu tərəfindən ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qurumun bildirdiyinə görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xaricdə yaşayan bir şəxsə Marneuli bələdiyyəsində pul tələb etməkdə köməklik göstəriblər. Onlar zərərçəkmişi ölüm və əmlakının məhv edilməsi ilə hədələyərək pul ödəməyə məcbur etməyə çalışıblar. Rədd cavabı aldıqdan sonra isə onun evinin həyətinə qumbara atıblar, ancaq qumbara partlamayıb.

Bundan əlavə, prokurorluğun məlumatına görə, təqsirləndirilənlərdən biri hadisəyə şahid olub və ağır cinayətlə bağlı məlumatlara malik olsa da, hüquq-mühafizə orqanlarına xəbər verməyib.

Prokurorluğun vəsatəti əsasında iki təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib, bir nəfərə isə istintaqla əməkdaşlıq etdiyinə görə, 10 min lari məbləğində girov təyin olunub.

"Gürcüstan Baş Prokurorluğu qrup şəklində pul tələb edilməsinə köməklik göstərilməsi, partlayıcı cihazın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktları ilə iki nəfərə, cinayətin gizlədilməsi faktı ilə isə bir nəfərə ittiham irəli sürüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində məlum olub ki, təqsirləndirilən şəxslərdən biri azyaşlı olmaqla, xaricdə yaşayan şəxsə Marneulidə pul tələb edilməsinə köməklik göstəriblər. Zərərçəkmişi ölüm və əmlakının məhv edilməsi ilə hədələyərək pul tələb ediblər. Rədd cavabından sonra evinin həyətinə qumbara atıblar, ancaq partlayış baş verməyib.

İstintaq nəticəsində həmçinin müəyyən edilib ki, təqsirləndirilənlərdən biri hadisəyə şahid olub və ağır cinayət haqqında məlumata malik olsa da, bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmayıb.

Təqsirləndirilənlərə Gürcüstan Cinayət Məcəlləsinin 25-181-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (zərərçəkmişə qarşı zor tətbiqi və əmlakın məhv edilməsi ilə hədələyərək qrup şəklində pul tələb edilməsinə kömək), 236-cı maddənin 3, 4 və 5-ci hissələri (partlayıcı cihazın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) və 376-cı maddənin birinci hissəsi (ağır cinayətin gizlədilməsi) əsasında ittiham irəli sürülüb. Bu ittihamlar 4 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında iki təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib, cinayətin gizlədilməsi ilə bağlı ittiham olunan bir şəxsə isə istintaqla əməkdaşlıq etməsinə görə, 10,000 lari məbləğində girov təyin olunub.

Daxili İşlər Nazirliyi digər mümkün şübhəlilərin müəyyən edilməsi üçün istintaqı davam etdirir", - deyə məlumatda bildirilir.

Nələr baş verib?

Kriminal aləmin üzvləri Marneulidə iş adamından 100 min dollar qanunsuz pul tələb ediblər, müvafiq məbləği ödəməyən sahibkarın evinin həyətinə əl qumbarası bombası atılıb. Xoşbəxtlikdən əl bombası partlamayıb və nəticədə xəsarət alan olmayıb.

ŞƏRH YAZ
2