Aİ Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
18.09.2024 17:26
279
Siyasət
A
Aİ Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan parlamentini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunu ləğv etməyə çağırıb.

Aktual.ge xəbər verir ki, bu barədə O, “X” platformasındakı paylaşımında bildirib.

“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi artıracaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu, ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur” - deyə Borell vurğulayıb.

Qeyd edək ki, 17 sentyabr tarixində Parlament çoxluğu LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun qəbul etmişdi.

ŞƏRH YAZ
12