Marneulidə Milli Musiqi Günü qeyd olunub
18.09.2024 17:33
523
Siyasət
A
Marneulidə Milli Musiqi Günü qeyd olunub

17 sentyabr 2024-cü il tarixində "Tea House"da kurs üzvlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbirin aparıcısı Türkan Məmmədova gənclərə Milli Musiqi Gününün, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı olduğunu bildirib və bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.

Daha sonra “Leyli və Məcnun”, "Koroğlu", “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından ibarət video çarxlar izlənilib. Tədbirin yekununda "Tea House"un musiqi müəlliməsi Rahilə Ataxalilova pianinoda Üzeyir Hacıbəyovun "Sensiz" romansını ifa edib.

ŞƏRH YAZ
7