18.09.2024 18:45
619
Siyasət
A
"Kişi kişi olmalıdır, qadın qadın olmalıdır, kişiyə kişi deyilməli, qadına qadın deyilməlidir" - Kobaxidze

"LGBT təbliğatına qarşı qanun ənənəvi xristian dəyərlərinin, ailə maraqlarının və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına həsr olunub. Əgər sən bunda da mənfi tərəf axtarırsansa, bu o deməkdir ki, bu ölkə üçün nəsə yanlış istəyirsən".

Aktual.ge xəbər verir ki, bu fikirləri Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Avropa ilk növbədə şəffaflıq, ənənəvi dəyərlər və xristian dəyərləri deməkdir.

“Biz əvvəlcə “Şəffaflıq haqqında” qanun qəbul etdik, şəffaflıq Avropanın fundamental prinsiplərindən biridir və tam həyasızcasına bu qanunu Rusiya qanunu kimi qələmə verdilər. İndi isə biz ikinci qanunu qəbul etdik ki, bu da ən sadə məsələləri tənzimləyir, kişi kişi olmalıdır, qadın qadın olmalıdır, kişiyə kişi deyilməli, qadına qadın deyilməlidir və bunu da Rusiya qanunu adlandırırlar. Bu tamamilə anlaşılmaz bir fenomendir. Gürcü cəmiyyətində Avropanın qeyri-şəffaflıq və LGBT təbliğatı ilə assosiasiya olunması mümkün deyil, bu səhvdir. Bu, şübhəsiz ki, Avropa İttifaqının gürcü cəmiyyətindəki imicinə zərər verəcək. Bizim qəbulumuzda Avropa ilk növbədə şəffaflıq, ənənəvi və xristian dəyərləri deməkdir" , - qeyd edib İrakli Kobaxidze.

ŞƏRH YAZ
16