“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze ilə “Qaxariya Gürcüstan naminə” partiyasının sədri Qiorgi Qaxariya arasında danışıqlar bu gün Orbeliani sarayında davam edəcək.
Aktual.ge xəbər verir ki, görüş günortaya planlaşdırılıb.
Xatırladaq ki, dünən müxalifət liderlərinin Orbeliani sarayında keçirilən görüşü gecə saatlarında başa çatıb.
Mamuka Xazaradzenin sözlərinə görə, danışıqların ləngiməsi vəzifə bölgüsü və seçki siyahıları ilə bağlı deyil.
Giorgi Qaxariyanın dediyinə görə, artıq bəzi məsələlərlə bağlı razılaşmalar əldə edilib.
Eyni zamanda, qeyd edək ki, Xazaradze ilə Qaxariyanın ilk görüşü sentyabrın 17-də baş tutsa da, tərəflər konkret qərar qəbul etmədən görüşü başa çatdırıblar.
Prezident Salome Zurabişvili, liderləri müzakirə etmək üçün Orbeliani sarayına sentyabrın 16-da dəvət edib.