Gürcüstan heç vaxt üzr istəməyəcək - Saakaşvili
19.09.2024 16:37
370
Siyasət
A
Gürcüstan heç vaxt üzr istəməyəcək - Saakaşvili

Hazırda Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin məhkəməsi davam edir.

Aktual.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti 7 noyabr işi ilə bağlı hakim qarşısında dindirilir.

Məhkəmə iclasına "Viva Med" palatasından uzaqdan cəlb edilən Saakaşvili, Qoridə "Gürcü arzusu"nun fəxri sədrinin osetin “qardaş və bacılarına” elan etdiyi üzrxahlığa cavab verərək, Gürcüstanın heç vaxt üzr istəməyəcəyini bildirib.

Saakaşvilinin sözlərinə görə, "Gürcü Arzusu"nun üzrxahlığı Rusiyaya təslim olmaq deməkdir. O, vurğulayıb ki, indiki dünyada zəiflik və üzrxahlıqa yeri yoxdur; bu gün güc və özünü doğrultma vaxtıdır.

“Gənclərimiz artıq 15-20-30 min dollar verərək deyil, imtahan verib ali təhsil müəssisələrinə 'blat'sız daxil olurlar. Xalqımıza işgəncə verən "Qaya"nı ləğv etdiyim üçün, yeni polis-patrul xidmətini yaratdığım üçün, sıfırdan gürcü ordusu qurduğum üçün, parlamenti Kutaisiyə köçürdüyüm üçün, Acarıstan separatizmini ləğv etdiyim üçün üzr istəməyəcəyəm. Biz Acarıstanı, Cavaxetiyanı Gürcüstana qaytardıq, Batumini yenidən yaratdıq, yeni xəstəxanalar tikdik, cinayətkarları cəzalandırdıq, korrupsiyanı aradan qaldırdıq. Bütün bunlara görə heç vaxt üzr istəməyəcəyəm!”

O, əlavə edib ki, "üzr istəmək" tələbini irəli sürənlər, bəlkə də Cəlaləddin, Ağa-Məhəmməd-xan və Şah Abbasdan, Gürcüstanı dağıdan hər kəsdən üzr istəməlidir. Zəif hökmdarlarımız olub, amma xain hökmdarlar tarixdə heç vaxt olmayıb”, - deyə vurğulayıb.

ŞƏRH YAZ
3