Gürcüstan Əhlibeyt Cəmiyyəti Fransa prezidentinin müsəlmanları təhqir etməsini şiddətlə qınayır - BƏYANAT
29.10.2020 00:46
329
Din
A
Gürcüstan Əhlibeyt Cəmiyyəti Fransa prezidentinin müsəlmanları təhqir etməsini şiddətlə qınayır - BƏYANAT
"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" bu dəfə Fransa prezidenti E.Makronun müsəlmanları təhqir etməsini də şiddətlə qınayır və bildiririk ki, Fransa prezidentinin özü indi terrorçuya daha çox oxşayır. Balıq, doğrudan da başdan iylənirmiş!". Aktual.ge xəbər verir ki, belə bir bəyanat Gürcüstan Əhlibeyt cəmiyyətinin rəsmi saytında yayılıb. Bəyanatda xatırladılır ki, sentyabr ayının 16-da mənfur “Charlie Hebdo” jurnalının müqəddəs kitabımız “Qurani-kərim”i təhqir etməsi ilə əlaqədar hiddətimizi imzaladığımız birgə bəyanatda ifadə etmişdik. Söz dəllallarının “söz azadlığı” bəhanəsinin əslində saxta demaqogiya olduğunu da vurğulamışdıq. Ardından bəyanatda qeyd olunur ki, biz Fransa prezidentinin hər cür əxlaqdan uzaq hərəkətini qəti şəkildə qınayırıq! Böhran içində olan o özüdür, biz deyilik!: "Makron bilməmiş deyil ki, Hz.Peyğəmbərimizin (s) karikaturasını çəkmək qəti qəbuledilməzdir! O, sanki gizli şəkildə müsəlmanları cinayətə təhrik edir. Onun dünyəviliyi budursa, yazıqlar olsun!". "Uca Allah batillərin cəzasını özü verər, inşallah!",-deyə qeyd edilib. Xatırladaq ki, Makronun Hz. Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi dünyada yaşayan əksər müsəlmanlar tərəfindən narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.
ŞƏRH YAZ
0