Ehtiyatsızlıq dostunun ölümünə səbəb oldu
23.09.2024 12:55
680
Hadisə
A
Ehtiyatsızlıq dostunun ölümünə səbəb oldu

Kaxeti bölgəsinin Sığnaği Bələdiyyəsinin Kedel qəsəbəsində 52 yaşlı kişi təsadüfi güllə nəticəsində həyatını itirib.

Aktual.ge xəbər verir ki, hadisə ev sahibinin qonaqları qəbul etdiyi vaxt baş verib. Ev sahibi ov tüfəngi ilə quş vurmağa çalışarkən güllə təsadüfən onun dostuna dəyib.

Kişi sinə nahiyəsindən ağır yaralanıb və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı istintaq ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə başlanıb.

ŞƏRH YAZ
6