Bu namizədlərimiz seçkilərdə qalib gəlməsə siyasəti tərk edəcəyəm
29.10.2020 14:45
1119
Siyasət
A
Bu namizədlərimiz seçkilərdə qalib gəlməsə siyasəti tərk edəcəyəm
"Üç namizədimizdən ən azı biri – Kobiaşvili, Subari və Kadaqişvili seçkilərdə qalib gəlməsə, siyasəti tərk edəcəyəm”. Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun İcraçı katibi İrakli Kobaxidze “İPSOS”un seçkiqabağı anketini şərh edərkən söyləyib. "Dünən “IPSOS”un keçirdiyi sorğunun nəticələri nəşr olundu. Bu nəticələrə əsasən, Nika Melia, Levan Khabeişvili və Giorgi Botkovelinin ilk turda seçkilərdə qalib gəldikləri qeyd olunmuşdu. Bizim bu üç namizədimizdən, Gldanidə Kobiaşvili, Samgoridə Sozar Subari və Telavidə Kadagişvili, Axmeta, Kvareli, Lagodexdə seçkidə qalib gəlməsələr mən siyasətdən ayrılacağam. Amma əgər üçü də qazansa, Nika Qvaramianın (MtavariTv-nin baş direktoru -red.) Gürcüstan mediasından və siyasətdən ayrılması ilə razılaşaq”,-deyə İ.Kobaxidze deyib.
ŞƏRH YAZ
3