“Hazırda Amerikada yükləmələrlə bağlı olduqca çətin vəziyyət hökm sürür. Kütləvi tətil var və bəzi şirkətlər hətta elan ediblər ki, çatışmazlıq yaranacaq və konteynerlər bahalaşacaq".
Aktual.ge xəbər verir ki, bu barədə avtoimportçu Jaba Qoqinaşvili "Bussines Press News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu mərhələdə Gürcüstanda avto biznes yavaş-yavaş geriləyir.
“Əgər buna diqqət yetirilməsə, gürcü dilerlər və şirkətlər çox güman ki, oyundankənar vəziyyətdə qalacaqlar. Amma Gürcüstan istisna olmaqla, bütün ölkələr bu vəziyyətdən faydalanacaq" , - deyə o, qeyd edib.
Java Qoqinaşvili mövcud vəziyyəti izah edib, bəzi şirkətlər “kodlar payladı” və nəticədə avtomobillər bazardan kənar satılır. Bu isə son 2 ayda 10 min dollarlıq maşınları orta hesabla 2 min dollar ucuzlaşdırıb.
“Çox sadədir, bazara məhsul almağa gedəndə, əgər onu birbaşa idxalçıdan ala bilsəniz, bazara getməzsiniz, elə deyilmi? Şirkətlər də bunu etdilər və kodları özləri payladıqlarını gizlətmirlər, nəticədə gürcü dilerlər kənara çəkildilər. Yalnız hərrac yolu ilə alına bilməyən və ya özləri gətirə bilməyən avtomobilləri alırlar. Nəticədə, son 2 ayda hər bir model avtomobil təxminən 2 min dollar ucuzlaşıb. 3-5 Min dollarlıq maşınlardan danışmıram (burada faiz etibarilə daha az ucuzlaşma var), amma 10 min dollarlıq nəqliyyat vasitələri 2 min dollar ucuzlaşıb. Avtomobil bazarına da gəlsəniz, maşınların sayı xeyli azalıb, artıq insanların bu qədər əziyyət çəkməsi mənasızdır.
Mən düşünürəm ki, tezliklə bazar özü vəziyyəti tənzimləyəcək. Hazırda Amerikada yükləmələrlə bağlı olduqca çətin vəziyyətdir. Kütləvi tətil var və bəzi şirkətlər artıq elan ediblər ki, çatışmazlıq olacaq və konteynerlər bahalaşacaq. Hal-hazırda da bir çox yükləmə şirkəti Amerikada dayanıb, buna görə də düşünürəm ki, bizim tərəfdaş ölkələr yenidən avtomobil bazarlarından alış-verişə başlayacaqlar. Bu, avtomobil bazarında qıtlıq yaradacaq, maliyyə baxımından ziyan çəkəcəyik, amma vəziyyəti tənzimləyəcək. Əks halda, bu biznes xarici ölkə vətəndaşlarına keçəcək və onlar yalnız bizim liman və xidmət mərkəzlərimizdən istifadə edəcəklər” , - deyə Caba Qoqinaşvili söyləyib.