Kateqoriyalar
1 oktyabrdan 3 oktyabr da daxil olmaqla, Gürcüstanda arabir güclü yağışlar (ildırımla müşayiət olunan), küləyin güclənməsi və dolu yağması gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin sahil bölgələrində (Batumi, Kobuleti, Anakliya, Poti) dənizdə 3-4 ballıq fırtınalı dalğalar gözlənilir.
"Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına səbəb ola bilər", - deyə agentlik xəbərdarlıq edib.
Qeyd edilib ki, təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.