"Biz heç vaxt meydandan çəkilməyəcəyik, düşmənlə vuruşacağıq. İsrail qurudan hücuma keçsə, biz hazırıq".
Aktual.ge xəbər verir ki, bunu "Hizbullah"ın liderinin müavini şeyx Naim Kasım deyib.
Sözügedən təşkilatın lideri Seyyid Həsən Nəsrullahın həlak olmasından sonra ilk açıqlama verən Naim Kasım İsrailə meydan oxuyub.
"Bizə zərbə vurdular, amma biz yolumuza davam edəcəyik. Biz Allahın qələbə vədinə inanırıq. Hizbullah öz məqsədlərinə doğru davam edəcək. Meydanda hazırıq, meydandan geri çəkilməyəcəyik. İsrail hər yerdə Livana hücum edir. Kənd-kənd seçir, elə bir ev-oba qalmayıb ki, ziyan vurmasın. Onlar mülki şəxslərə və tibb qruplarına hücum edirlər. Uşaqları, qadınları və qocaları hədəf alır. Amerika bütün imkanları ilə İsraili dəstəkləyir. Bu soyqırımda amerikalılar da sərhədsiz dəstək verməklə İsraili müdafiə edirlər. Biz bu döyüş meydanından heç vaxt geri çəkilməyəcəyik. Biz bilirik ki, bu müharibə uzun müddət davam edə bilər. Biz bütün imkanlara hazırıq" , - deyə o, qeyd edib.