01.10.2024 17:59
599
Siyasət
A
"İvanişvili niyə xalqına başqa hekayə danışır? - ABŞ Səfirliyi

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi "Gürcü Arzusu"nun qurucusu və fəxri Bidzina İvanişvili ilə "Credit Suisse" arasındakı məsələyə münasibət bildirib.

Aktual.ge xəbər verir ki, diplomatik təmsilçiliyin sosial şəbəkə səhifəsindəki paylaşımda qeyd olunub ki, Bidzina İvanişvili "Credit Suisse"lə bağlı olan maliyyənin Bermuda və Sinqapur məhkəmələrinin əlində olduğunu bilir, lakin Gürcüstan xalqına reallığı başqa cür təqdim edir.

"Bidzina İvanişvili bilir ki, 'Credit Suisse'lə bağlı pul Amerikada deyil, Bermuda və Sinqapur məhkəmələrinin əlindədir. Niyə o, gürcülərə başqa hekayə danışır?" - qeyd edilib.

ŞƏRH YAZ
4