İsraili bombalayan İrandan yeni açıqlama: Daha dağıdıcı olacaq...
01.10.2024 22:59
712
Dünya
A
İsraili bombalayan İrandan yeni açıqlama: Daha dağıdıcı olacaq...

İsrail ordusu İrandan raketlərin atıldığını və ölkənin müxtəlif bölgələrində, xüsusən də Təl-Əvivdə sirenaların səsləndiyini açıqlayıb. Dünya, İsrailin ardıcıl atılan yüzlərlə raketə necə reaksiya verəcəyini izləyərkən, İran tərəfi açıqlama yayıb.

Aktual.ge xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin milli təhlükəsizliyə qarşı ciddi pozuntulara yol verdiyini və əgər İsrail tərəfindən atılan raketlərə cavab verilsə, daha dağıdıcı cavabla qarşılaşacaqlarını bəyan edib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari İranın raket hücumundan sonra mətbuat konfransı keçirib.

Haqari, İsrailin bu hücuma cavab verməyə hazır olduğunu vurğulayıb:

“Müdafiə və hücum əməliyyatlarında yüksək hazırlıq vəziyyətindəyik. Bu raket hücumunun nəticələri olacaq. İsrail vətəndaşlarını qoruyacaq və İranın raket hücumuna vaxtında və lazımi şəkildə cavab verəcəyik. Hal-hazırda İrandan İsrailə qarşı başqa bir təhdid yoxdur və raket hücumu bitib. Hazırda hücumla bağlı qiymətləndirmə aparırıq. İtkilər barədə hələ məlumatımız yoxdur”.

İranın BMT-dəki Daimi Nümayəndəliyi isə İsrailin milli təhlükəsizlik pozuntularına cavab verildiyini bəyan edərək qeyd edib: 

“Əgər sionist rejim cavab verməyə çalışarsa, daha dağıdıcı bir cavabla qarşılaşacaq. Sionist rejimin terror fəaliyyətlərinə qanuni və ağlabatan bir cavab verildi”.

Xatırladaq ki, 1 oktyabr tarixində İran İsrailə 400-ə yaxın balistik raket atıb.

ŞƏRH YAZ
6