Bugündən etibarən siqaret qutularının qablaşdırılması ilə bağlı dəyişikliklər rəsmi olaraq qüvvəyə mindi.
Aktual.ge xəbər verir ki, bununla bağlı 'Tütün Nəzarət Alyansı'nın sədri Giorgi Baxturidze keçirdiyi mətbuat konfransında bildirib.
Deyib ki, siqaret qutuların rəngi paslı olacaq, dizayn isə əvvəlki kimi qalacaq. Üzərində marka adı və alt növü də yazılacaq. Yalnız qutunun rəngi dəyişəcək.
Onun sözlərinə görə, bu dəyişiklik elektron siqaretlərinə şamil olunmur.
Bildirib ki, sənayenin mövcud ehtiyatlarını satma müddəti 2025-ci ilin 1 aprel tarixinə qədər olacaq.
Eyni zamanda, mövcud məlumatlara görə, tütün məhsullarının standartlaşdırılmış qablaşdırma olmadan satışının həyata keçirilməsi, tütün məhsulları və onun qablaşdırmasının standartlaşdırılması qaydalarının pozulması 5,000 lari məbləğində cərimə olunacaq.