Saakaşvili:
29.10.2020 21:13
744
Siyasət
A
Saakaşvili: "Biz ən cəsarətliyik, ən dəli, əsl mənada dəliyik"
"Gürcüstan qazanmağa və 31 oktyabrda azadlığa çıxmağa, yenidən dünyanın ən yaxşı ölkələrindən biri olmağa hazırdır". Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti və müxalif "Vahid Milli Hərəkatın" partiyasının Baş nazirliyə namizədi Mixeil Saakaşvili bunu Azadlıq meydanına toplaşan aksiyaçılara Ukraynadan canlı bağlantı ilə müraciətində deyib. O müraciəti zamanı əməkdaşlıq təklifini təkrarlayaraq dövlət məmurlarına hökumət dəyişikliyindən sonra təqib və kütləvi işdən çıxarılmanın olmayacağı barədə söz verib. "7 ildən çoxdur ki, ölkəmi görmürəm, amma onu həmişə yanımda daşıyıram, daima sizə qayğı göstərirəm. Biz xüsusi bir ölkənin xüsusi övladlarıyıq .Biz ən güclü və ən istedadlıyıq, ən cəsarətliyik, ən dəli, əsl mənada dəliyik. Böyük məsələlərdən və qələbəmizdən söz gedirsə, bəli biz bu zaman dəli oluruq. Biz bir ölkənin övladlarıyıq”, - deyə M.Saakaşvili deyib
ŞƏRH YAZ
2