Milyonlarla izləyicinin qəhramanları yenidən bir araya gəlir
29.10.2020 23:55
1039
Maraqlı
A
Milyonlarla izləyicinin qəhramanları yenidən bir araya gəlir
Əfsanəvi serial "Kurtlar Vadisi"nin iki qəhrəmanı Polat Alemdar və Süleyman Çakırı canlandıran Necati Şaşmaz və Oktay Kaynarcanın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialında yenidən bir araya gələcəyi iddia edildi. Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Belə ki, "Kurtlar Vadisi"ndə Polat Alemdar rolunda rol alan Necati Şaşmazın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialına çəkiləcəyi iddiası yayılıb. İddiaya görə, N.Şaşmaz P.Alemdar obrazı ilə seriala qatılacaq və bir müddət serialda qalacaq. O, gizli dövlət xadimi olaraq Hızır Çakırbeyli və ailəsi ilə birlikdə masaya oturacaq. Məsələ ilə əlaqədar isə serialın istehsalçı şirkətindən rəsmi açıqlama verilməyib.
ŞƏRH YAZ
0