Arçil Talakvadze Faxralıda Qoqi Meşveliani ilə birgə əhali ilə görüşüb – “Meşveliani kimi fədakar siyasətçilərə ehtiyac var”
30.10.2020 08:17
681
Siyasət
A
Arçil Talakvadze Faxralıda Qoqi Meşveliani ilə birgə əhali ilə görüşüb – “Meşveliani kimi fədakar siyasətçilərə ehtiyac var”
Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka seçki dairəsi üzrə hakim “Gürcü Arzusu”nun majoritar namizədi Qoqi Meşveliani ilə birlikdə Bolnisi Bələdiyyəsinin Faxralı (Talaveri) kəndində əhali ilə yekun görüş keçirib. Bu barədə Aktual.ge xəbər portalına majoritar namizəd Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı hakim komandanın namizədi və parlament sədri bir müddət əvvəl həyata keçirilən layihələri və partiyanın seçki proqramını ictimaiyyətə təqdim edib. Əhali ilə yekun görüş zamanı çıxış edən parlament sədri A.Talakvadze ölkənin Q.Meşveliani kimi vətənpərvər və fədakar siyasətçilərə ehtiyacı olduğunu vurğulayıb: “Qoqi Meşveliani çox müsbət bir seçki kampaniyası apardı. Onun ilk turda qalib gələcəyini deyə bilərik. O, dörd ildir cəmiyyətə ləyaqətlə xidmət edən bir namizəddir. Xatırladaq ki, Meşveliani bu, pandemiya dövründə karantin müddəti bitənə qədər vətəndaşlarının yanında qalan, hərəkət açılana qədər və bütün vətəndaşlara qida və ya tibbi xidmətlər baxımından lazımi diqqət göstərilənə qədər bölgədən ayrılmadı. Ölkənin parlamentdə bu cür fədakar insanlara, belə vətənpərvərlərə və dövlət işçilərinə,siyasətçilərə ehtiyacı var və cənab Qoqi Meşvelianinin bir daha dəstəklədiyimi vurğulamaq istəyirəm”. Öz növbəsində seçki kampaniyasını qiymətləndirən Q.Meşveliani bölgədə yerləşən bütün kənd, qəsəbə və şəhərlər əhalisi ilə görüşdüyünü qeyd edib. “Çox insanla görüşdük, hər kəndin ağrısını, problemlərini dinlədik. Təbii ki, bütün bu məsələləri həll etmək üçün komandamızla yorulmadan çalışacağıq. Vətəndaşlarımızın qayğısına qalmağa davam edəcəyik və bu qayğı çərçivəsində həyata keçiriləcək çox böyük investisiyalar bələdiyyə infrastrukturunun inkişafına yönəldiləcək",- deyə Q.Meşveliani söyləyib.
ŞƏRH YAZ
1