Gürcüstanda koronavirusa yoluxnaların sayı 37 mini ötdü
30.10.2020 10:44
615
Siyasət
A
Gürcüstanda koronavirusa yoluxnaların sayı 37 mini ötdü
Gürcüstanda son sutkada koronavirusa 1696 yeni yoluxma faktı təsdiqlənib, 2906 nəfər sağalıb, 12 pasiyent isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 37 263-ə çatıb. Sağalanların sayı 19810, vəfat edənlərin sayı isə 285 olub. Hazırda karantində 3 324, stasionar nəzarətdə isə 4 209 nəfər saxlanılır. Xəstəliyi yüngül və ya simptomsuz keçirən 2 346 nəfər xüsusi otellərdə müalicə ilə təmin olunur. Xatırladaq ki, ötən sutkada ərzində Gürcüstanda 1 709 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 075 nəfər sağalaraq evə buraxılıb, 20 pasiyent isə vəfat etmişdi.
ŞƏRH YAZ
6