08.10.2024 00:02
883
Siyasət
A
"Bizim ən vacib milli vəzifəmiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasıdır" - Kobaxidze

"Bizim ən vacib milli vəzifəmiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasıdır. Təbii ki, bugünkü münasibətlərin vəziyyəti bizi qane etmir".

Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün ən hazırlıqlı namizəd ölkələr arasında olacaq.

"Biz tərəfimizdən bütün addımları atırıq ki, münasibətlər yenidən qurulsun və əminik ki, gələn il, Ukraynadakı müharibə başa çatdıqdan sonra, qarşılıqlı addımlar da atılacaq ki, bu da həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasını təmin edəcək.

Avrointeqrasiya ölkəmizin xarici siyasətində ən əsas prioritetlərdən biri olaraq qalır. 2030-cu ilə qədər Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzv olmaq üçün ən hazırlıqlı olacaq. Bizim planımız var ki, 2028-ci ilə qədər Assosiasiya Sazişi çərçivəsində öhdəliklərin yerinə yetirilməsi 90%-i keçsin.

NATO ilə əməkdaşlığın dərinləşdirilməsi də bizim əsas prioritetlərimizdən biridir. Həmçinin, Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsi, bu da həm iqtisadi, həm də siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edir", - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
32