Zaur Darğallı:
30.10.2020 12:46
815
Siyasət
A
Zaur Darğallı: "Biz yüksək faizlə qalib gələcəyik"
"Sabahki seçkilərdə biz keçən seçkidə də olduğu kimi xalqın seçimi ilə yüksək faizlə qalib gələcəyik". Bunu Aktual.ge xəbər portalına - "Sabahki seçkilərdən necə bir nəticə gözləyirsiniz"? sualını cavablandıran hakim "Gürcü Arzusu" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Zaur Darğallı deyib. Hakim partiyanın majoritarı qeyd edib ki, sabahki seçkilər də bütün demokratik dəyərlər qorunaraq, dinc sakit şəkildə baş tutacaq: "Həm Marneulidə həm də bütün Gürcüstan üzrə xalqımızın seçimi ilə biz qalib gələcəyik". Məlumat üçün bildirək ki, sabah - 31 oktyabr Gürcüstanda parlament seçkiləri keçiriləcək.
ŞƏRH YAZ
17