Azər Süleymanov:
30.10.2020 13:07
1917
Siyasət
A
Azər Süleymanov: "İmkan vermərik ki, hər hansı bir saxtalaşdırılmaya yol verilsin"
"Biz sabahki seçkilərdən qələbə əldə edəcəyik". Bunu Aktual.ge xəbər portalına - "Sabahki seçkilərdən necə bir nəticə gözləyirsiniz"? sualını cavablandıran müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Azər Süleymanov söyləyib. Sizcə sabah ki, seçkilər dinç şəkildəmi keçəcək ? "Gördüyünüz kimi 2012-ci ildən bu bəri hələki seçkilərimiz dinc şəkildə keçməyib. Sabah da azad və dinc seçkinin keçirilməsinə mane olmaq üçün hökumət bütün resurslarından istifadə edəcək. Amma mən yenə də ümidvaram, çox istərdim ki, seçkilər dinc və demokratik formada keçsin. Əks təqdirdə biz də boş durmuruq və lazım gəldiyi halda uyğun cavabı verəcəyik. İmkan vermərik ki, hər hansı bir saxtalaşdırılmaya yol verilsin"-sualı A.Süleymanov belə cavablayıb. Məlumat üçün bildirək ki, sabah - 31 oktyabr Gürcüstanda parlament seçkiləri keçiriləcək.
ŞƏRH YAZ
2