30.10.2020 13:45
421
Siyasət
A
"Zaur bəy elə bilir ki, əvvəl olduğu kimi yenə də seçkiləri saxtalaşdıra biləcəklər" - Murad Muradov
"Sabahkı - 31 oktyabr seçkiləri ilə bağlı optimist əhval ruhiyyədəyik. İnanırıq ki, ikinci tura qalan partiyalardan biri məhz biz olacağıq". Bu fikirləri Aktual.ge xəbər portalına - "Sabahki seçkilərdən necə bir nəticə gözləyirsiniz"? sualını cavablandıran müxalif "Gürcüstan Naminə Lelo" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Murad Muradov ifadə edib. 'Sizcə sabah ki, seçkilər dinç şəkildəmi keçəcək'? sualını o belə dəyələndirib: "Sabahkı seçkilərin dinc şəkildə keçəcəyini gözləmirəm, çünki hakim partiya seçkiləri saxtalaşdırmaq üçün bütün resurslardan istifadə edəcək, bu da vəziyyətin gərginləşməsinə səbəb olacaq. Çünki hakim partiyanın fikri budur ki, seçkilərdə saxtakarlıqla qalib gəlsin". "Zaur Darğallı sabahkı seçkilərdə yüksək nəticələrlə qalib gələcəklərini söylədi. Siz bununla bağlı nə düşünürsünüz? "Zaur bəy illuziyalarda yaşayır, elə bilir ki, əvvəlki seçkilərdə olduğu kimi yenə də seçkiləri saxtalaşdıra biləcəklər. Biz imkan verməyəcəyik ki, seçkiləri saxtalaşdıraraq qalib gəlsinlər. 'Gürcü Arzusu'nun hazırki reytinqi onu göstərir ki, onlar məğlub olacaqlar və hakimiyyətdən gedirlər və müxalif partiyalar koalisiya şəklində hakimiyyətə gələcək".
ŞƏRH YAZ
0