Kateqoriyalar
Gürcüstandan olan bir qrup ictimaiyyət nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəliblər.
Aktual.ge xəbər verir ki, onlar Şuşada aparılan bərpa işlərinin gedişatı ilə tanış olublar, Şuşa qalasına və Cıdır düzünü ziyarət ediblər.
Nümayəndə heyətinə qədim Azərbaycan şəhərinin tarixi haqqında ətraflı məlumat verilib, həmçinin Xurşidbanu Natəvanın ev-muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, “Xan qızı Bulağı”nı və digər tarixi-mədəni görməli yerləri ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn nümayəndə heyəti azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq. Nümayəndə heyəti 3 qrupdan ibarətdir.