Kateqoriyalar
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Xankəndi şəhərində gəzintiyə çıxıb.
Aktual.ge xəbər verir ki, onlar şəhərdə aparılan bərpa işləri ilə yaxından tanış olublar.
Onlar, həmçinin Xankəndi stadionunu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır. Soydaşların iişğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.