"Bu, qurulmuş provokasiyadır - müxalifətin provokasiyalar təşkil etməkdən başqa heç bir əlçatan faktı yoxdur. İndi onların yeganə hədəfi, hansısa formada seçkilərin leqitimasiyasına kölgə salmaqdır".
Aktual.ge xəbər verir ki, bu sözlərlə "Gürcü Arzusu" partiyasının aparıcı simalarından biri Givi Mikadze Marnuelidə baş verənlərə münasibət bildirib.
O, Marneulidə baş verənləri təxribat adlandırıb.
"Marnuelidə baş verənlər, hər halda, məqsədli bir provokasiyadır. Bu, cinayət hüququnun spesifik əlamətlərini daşıyan bir hərəkətdir və müvafiq hüquq-mühafizə orqanları bu faktı araşdıraraq müəyyən edəcək. Həqiqətən, burada qurulmuş provokasiyanın mövcudluğu görünür. Görüntülərdə gördüyümüz şəxs, seçki bülletenlərini seçki qutusuna bilərəkdən atır; o, nə etdiyini çox yaxşı bilirdi. Həmçinin, onu çəkdiklərini də çox yaxşı bilirdi. 'Milli Hərəkat'ın nümayəndəsinin bu hadisəyə şahid olması da böyük sual işarəsi doğurur. Buna görə, bir daha qeyd edirik ki, proses sakit, təmkinli mühitdə davam edir. Müxalifətin provokasiyalar təşkil etməkdən başqa heç bir əlçatan faktı yoxdur" , - deyə Givi Mikadze qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Marnuelidəki 69-cu məntəqədən görüntülər yayılıb. Görüntülərdə Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərovun toplu şəkildə bülletenləri seçki sandığına doldurduğu əks olunub.