"Marneulidə saxtakarlığın əsl festivalı var idi... Mən bülletenlərin qutuya atılmasını, səslərin alınmasını, qorxutma hallarını gördüm, bir çox vətəndaşın şəxsiyyət vəsiqəsi əlindən alındı".
Aktual.ge xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə keçmiş naziri, hazırda Avropa Parlamentinin deputatı Natali Loazo deyib.
O, yerli televiziya kanalına açıqlamasında Gürcüstanda 26 oktyabr seçkilərini müşahidə etdiyini ifadə edib.
Onun yerli telekanala müsahibəsinin bir hisəssini təqdim edirik:
Siz elə Gürcüstandan qayıtmısınız, harada ki, Parlament seçkilərində müşahidəçi idiniz. Deyirsiniz ki, saxtakarlıq və qorxutmalar var idi. Yəni, bizə izah edin, bu nə deməkdir, bütün bunlar necə baş verirdi?
"Saxtakarlıqların bütün çalarlarını gördüm. Mən 10 seçki məntəqəsini müşahidə edirdim. 500-ə yaxın müşahidəçi var idi. Mən Tbilisinin bir ətrafında idim və həmçinin Gürcüstanın cənub-şərqində prosesi izləyirdim. Marneulidə saxtakarlığın əsl festivalı var idi" , - deyə Natali Loazo jurnalistin sualını cavablayıb.
Festival, yəni saxtakarlıq festivalı?
"Bəli, saxtakarlıq festivalı. Qutuya bülletenləri atmaq, köhnə dövrlərdə olduğu kimi. 'Gürcü Arzusu'ndan bir adam gəldi, bülletenləri gətirdi və birbaşa qutuya basdı. Elə güclə basırdı ki, bülletenlər artıq sığmırdı, çünki qutu dolmuş idi" - o, suala cavabında qeyd edib.
Bunu müşahidəçilərin qarşısında edirlər?
"Bəli, xarici təşkilatların gözləri önündə və mən bu zaman çöldə idim, içəri girdim. Qarşımda gənc bir müşahidəçi var idi və o bu səhnəni çəkirdi. Bu adamı, sözün əsl mənasında, onu boğmağa cəhd etdilər. Boynunun ətrafında tünd qırmızı izləri olan bir gənci tutdum. Ağlasığmaz qarışıqlıq və anlaşılmazlıq var idi. Səslərin alınmasını, birbaşa rüşvət verilməsini gördüm, bu da seçki məntəqəsinin xaricində baş verirdi, biz çəkdik. Necə baş verirdi bilirsinizmi?! Çöldə böyük masalar qurulmuşdu, orada çay təklif edilirdi və bu zaman masanın altından pul ötürülürdü. Səs vermiş olanlara və xüsusən 'Gürcü Arzusu' bülleteninə işarə qoyduğunuzu göstərən bülleteninizin fotosunu təqdim etdiyinizdə.
Seçki kabinəsində hər kəs öz bülleteninin şəklini çəkirdi, tamamilə hər kəs. Bir qadın təkcə ona görə cəsarət etmədi ki, biz ona diqqətlə baxırdıq deyəsən utandı. Yəqin ki, ürəyində düşünürdü ki, bu iyrənc avropalılara görə o, öz haqqını ala bilməyəcəkdi. Gürcüstan həbsxanalarından kütləvi şəkildə cinayətkarlar azad edildi, onlar seçki məntəqələrinin qarşısında yerləşdirilmişdilər, qarşılarına çıxmaq belə çətin olan və əlində seçkidə iştirak edən və etməyən insanların siyahısını tutan dələduzlar. Ailə üzvlərindən biri seçki məntəqəsində görünməyəndə ailə başçısına zəng edirdilər və hesabat tələb edirdilər. Haradasan? Saatı görürsənmi? Bütün bunlar bizim gözümüzün qarşısında baş verirdi, bizim olmadığımızda nələrin baş verdiyini təsəvvür belə edə bilmirəm. Bir çox vətəndaşın şəxsiyyət vəsiqəsi əlindən alınırdı. Bir çoxu başqa adamın şəxsiyyət vəsiqəsi ilə gedib səs verirdi və təkrar edirəm, bu bizim gözümüzün önündə, çəkinmədən baş verirdi. Belə bir hal da var idi ki, bir kişi qadının şəxsiyyət vəsiqəsi ilə gəldi və ona dedik ki, yox, xanımın sənədi ilə səs verə bilməzsiniz. Lakin dəqiq bilirdik ki, arxamızı çevirən kimi eyni şey və daha pisi təkrar baş verəcəkdi" , - deyə avroparlamentari sualı cavablayıb.
Mənbə: Mtavari