Kateqoriyalar
Noyabrın 11-də Finlandiya, İslandiya, Fransa, Litva, Avstriya, Estoniya, Polşa və Almaniya komitə sədrlərindən ibarət nümayəndə heyəti Tbilisiyə səfər edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniya Bundestaqının üzvü Maykl Rot özünün sosial şəbəkə hesabında yazıb.
"Gürcüstan və onun xalqı bizim üçün çox əzizdir. Biz Avropanın mərkəzində yerləşən azad və demokratik Gürcüstana sadiqik. Saxta seçkilərdən sonra biz indiki vəziyyətdən narahatıq", - Rot qeyd edib.