Aİ: Gürcüstanda keçirilən seçkilərdə saxtakarlıqla bağlı ciddi şübhələr var
08.11.2024 17:00
339
Dünya
A
Aİ: Gürcüstanda keçirilən seçkilərdə saxtakarlıqla bağlı ciddi şübhələr var

"Keçirilən seçkilərə gəldikdə, saxtakarlıqla bağlı ciddi şübhələr var və bu, araşdırma tələb edir. Bu proseslə bağlı aydınlığa ehtiyacımız var ki, hər şeyin ədalətli və şəffaf keçirildiyinə əmin olaq".

Aktual.ge xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel Budapeştdə, Avropa İttifaqının üzv ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl, Gürcüstanda keçirilən seçkilərlə bağlı jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, gürcü xalqı səmimi şəkildə Avropa İttifaqına üzv olmağa can atır və Avropa İttifaqı Gürcüstana namizəd statusu verəndə çox mühüm qərar qəbul etmişdi.

"Avropa İttifaqı tərəfindən Gürcüstana namizəd statusu verilməsi çox mühüm qərardır. Keçirilən seçkilərə gəldikdə, saxtakarlıqla bağlı ciddi şübhələr var və bu, araşdırma tələb edir. Bu proseslə bağlı aydınlığa ehtiyacımız var ki, hər şeyin ədalətli və şəffaf keçirildiyinə əmin olaq" , - deyə Şarl Mişel qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının liderləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək və aydın mesaj göndərəcəklər.

"Vəziyyəti dəyərləndirəcəyik və Avropa liderləri aydın mesaj verəcəklər" , - deyə o vurğulayıb.

ŞƏRH YAZ
7