7 noyabr tarixində Tbilisidə “Era Teatrı”nın hazırladığı Edvard Albinin "Zoopark Əhvalatı" pyesinin premyerası keçirilib.
Aktual.ge xəbər verir ki, əsər Azərbaycan dilində ilk dəfə "Era Teatrı" tərəfindən səhnələşdirilib. Layihənin rəsmi dəstəkçisi Qafqaz Universitetidir, həmçinin premyeranın təşkilində Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Faiq Nəbiyev də dəstək göstərib.
Pyesin Azərbaycan dilinə tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğludur. Baş rolları gənc aktyorlar İdris Elnuroğlu və Elnur Vəlizadə ifa ediblər. Tamaşanın növbəti nümayişi noyabrın 11-də baş tutacaq.
Xatırladaq ki, "Era Teatrı" son iki ayda iki yeni tamaşa hazırlayıb. Daha öncə "Komando" tamaşasını təqdim edən teatr, dekabr ayında yeni bir əsəri səhnəyə qoymağı planlaşdırır.