Ombudsmandan qorxunc açıqlama: Əgər bu proses hardasa dayandırılmasa, sonda kimsə ölə bilər
30.11.2024 15:37
1087
Siyasət
A
Ombudsmandan qorxunc açıqlama: Əgər bu proses hardasa dayandırılmasa, sonda kimsə ölə bilər

"Mən xüsusi istintaq xidmətinə müraciət etmək istəyirəm ki, bu cür işləri effektiv araşdırsınlar. Əgər bu proses haradasa dayanmasa, növbəti aksiyalarda daha çox zorakılıqla üzləşəcəyik və nəticədə kimsə belə şəraitdə ölə bilər".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani bildirib.

Onun sözlərinə görə, məhz istintaqın gecikməsi səbəbindən əvvəlki aksiyalardan və ötən il keçirilən aksiyalardan fərqli olaraq, zorakılığa məruz qalan şəxslərin sayı artmaqdadır.

"Belə işlərin araşdırılmasının gecikməsi nəticəsində bu aksiyalarda zorakılığa məruz qalan insanların sayı artıb. Bu, əvvəlki aksiyalardan və bir il əvvəlki aksiyalardan fərqlidir. Əgər bu proses haradasa dayanmasa, növbəti aksiyalarda daha çox zorakılıqla qarşılaşacağıq və nəticədə kimsə ölə bilər. Bu, hamının, xüsusilə də saxlayanların, araşdıranların və orada polis tədbirləri keçirənlərin məsuliyyətidir. Onların məsuliyyətidir ki, belə halların baş verməsinə yol verilməsin" , - söyləyib Levan İoseliani.

ŞƏRH YAZ
6