Azərbaycandan Gürcüstanın Kvemo Kartli regionuna tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Gürcüstanın Kvemo Kartli regionunda qeydə alınmış xırdabuynuzlu heyvanların taun xəstəliyi aradan qaldırılıb.
Belə ki, qeyd olunan inzibati ərazi vahidində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizodik sağlamlıq statusu bərpa olunub.
"Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən əraziyə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", - məlumatda bildirilib.