
Marneuli rayonunun Qızılhacılı kəndində Həzrəti Məhəmməd Peyğəmbərin (s) əziz qızı Xanım Fatimənin (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Aktual.ge məlumat verir ki, mərasim Qızılhacılı İmam Həsən (ə) məscidinin təşkilatçılığı ilə baş tutub və burada Xanım Zəhranın (s.ə) əziz xatirəsinə əza məclisi qurulub.
Mərasimdə yerli rühanilərlə yanaşı İranın ali dini lideri Ayətullah seyid Əli Xameneinin nümayəndəsi Sabir Əkbər Ciddi də iştirak edib. Onun imamlığı ilə qılınan camaat namazından sonra məclis başlanıb. Mərasimi ilahiyyatçı Hacı Qurban Murquzov açaraq qonaqları salamlayıb və proqram haqqında məlumat verib.
Daha sonra çıxış edən Sabir Əkbər Ciddi Peyğəmbər qızı Xanım Zəhranın (s.ə) həyatından bəhs edib, həmçinin bir sıra aktual mövzulara toxunub.
Mərasimdə iştirakçılar Quran qarisi və Əhli-Beyt məddahı Hacı Əhədxaninin Nurani kəlamlarından tilavətlərini dinləyiblər. Sonda məddahlar Hacı Əhədxani, Rza İgidoğlu və Səid Həsən tərəfindən rozə və nohələr səsləndirilib.
Məclis ehsan süfrəsi və dualarla sona çatıb.