Tbilisidə etirazlar zamanı polisə bıçaqla hücum etməkdə şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb
05.12.2024 11:02
311
Siyasət
A
Tbilisidə etirazlar zamanı polisə bıçaqla hücum etməkdə şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb

Tbilisidə etirazlar zamanı polisə bıçaqla hücum etməkdə şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, o, yeddi ilədək həbs cəzası ilə üzləşə bilər.

"İstintaq müəyyən edib ki, bıçaqla silahlanmış təqsirləndirilən şəxs bu il noyabrın 30-da Rustaveli prospektində aksiya zamanı DİN əməkdaşının sağlamlığına zərər yetirmək məqsədilə ona hücum edib", - məlumatda bildirilib.

Ümumilikdə mitinqlərlə əlaqədar cinayət işləri üzrə yeddi nəfər saxlanılıb.

ŞƏRH YAZ
17