Marneuli Meriyasına bağlı Mədəniyyət Evinin rəhbəri Nato Şavişvili ölkədə baş verən etiraz aksiyalara özünün sosial şəbəkə hesabında münasibət bildirib və zorakılığı tənqid edib.
Aktual.ge xəbər verir ki, o, hökuməti xalqın səsinə qulaq asma çağırıb.
Aksiyaçıları Rusiyaya qarşı döyüşən kişilər adlandıran Nato Şavişvili qeyd edib:
"Zorakılığa haqq qazandırmaq olmaz! Dəyərləndirmə zamanı "amma" yazılmır! Zorakılıq səhnələrinə gülməzlər və izah axtarmazlar.
Orada sizin/bizim gələcəyimiz dayanır. Tam səmimi, savadlı, mübariz gənclər vətənimizin gözəl gələcəyini düşünərək mübarizə aparanlar. Kimin göz yaşlarına qədər ağrıları var. Öz tarixinin heç olmasa bir səhifəsini itirənlər bilir ki, belə olub. Qələbələr gənclərin çiynində idi, sümüklərində qorxu olan insanların deyil. Bu isterik istehzaya baxıram, əmilərdən, atalardan hədələr oxuyuram...
Kimin sümüklərini qırırsan?! Uşaqlarınızı evdə saxlayırsınızsa və ya bəlkə də bacarmırsınızsa, heç olmasa anlayın ki, orada sizin övladınızla eyni nəsil dayanır, uşağınızın dostları, sizin qohumlarınız, onların uşaqları.
Rusiyaya qarşı döyüşən kişilər - başa düşürsünüz ki, kimi hədələyirsiniz?! Yaxud özlərinə zorakılıq qurbanı olanlardan soruşmaq istəyirəm ki, indi nəyə haqq qazandırırsınız? Xalqın səsinə qulaq asın! Qulaq asın!".
Qeyd edək ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, hökumətin qərarına əsasən, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddət ərzində heç bir büdcə qrantı qəbul etməyəcək. Baş nazir hökumətin müvafiq qərarını açıqlamasından dərhal sonra isə Nato Şavişvili tək kəlimə ilə reaksiya vermişdi: "Xəyanət".