Ukrayna Bidzina İvanişvili və İrakli Kobaxidzedə daxil 18 nəfərə sanksiya tətbiq etdi
Ukrayna, "Gürcü Arzusu"nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə, Baş nazir İrakli Kobaxidze və Gürcüstan hökumətinin yüksək vəzifəfədə yer alan 18 nəfərə sanksiyalar tətbiq edib.
Aktual.ge xəbər verir ki, sanksiya ilə bağlı fərmanı Prezident Volodimir Zelenski imzalayıb.
Ukrayna liderinin tətbiq etdiyi sanksiyaya məruz qalan Gürcütan rəhbərərinin siyahısı belədir:
Bidzina İvanişvili (Gürcü Arzusu-nun fəxri sədri),
İrakli Kobaxidze (Baş nazir),
Qriqol Liluaşvili (DTX rəisi),
Kaxa Kaladze (Tbilisi meri),
Mixail Çinçaladze (Aprellasiya Məhkəməsinin sədri),
Mamuka Mdinaradze (Gürcü Arzusu-nun icraçı katibi),
Vaxtanq Qomelauri (DİN rəhbəri),
Otar Partxaladze (Keçmiş Baş prokuror),
İrakli Ruhaadze (İş adamı, İmedi telekanalının sahibi),
Levan Murusidze (Hakim),
Viktor Caparidze (Millət vəkili, Postv sahibi)
Dimitri Samxaradze (Gürcü Arzusu-nun regional katibi,
Giorgi (Goqa) Xaindrava,
Giorgi Kobahidze,
Zviad Şalambedze,
Şalva Tadumadze,
Tea Tsulukiani (Millət vəkili),
İrakli Karseladze (Regional inkişaf və İnfrastruktur naziri),
Kaxa Bekaura.
Ukrayna prezidentinin fərmanında qeyd olunur ki, siyahıda adı çəkilən şəxslərə tətbiq olunan sanksiyalar aşağıdakıları nəzərdə tutur:
- Aktivlərin bloklanması – onların idarəetmə hüququnun müvəqqəti alınması;
- Ticarət əməliyyatlarının məhdudlaşdırılması (tam dayandırılması);
- Ukraynanın ərazisində resursların, uçuşların və tranzitlərin məhdudlaşdırılması, qismən və ya tam dayandırılması (tam dayandırılması);
- Ukraynanın sərhədlərindən kənarda kapitalın çıxarılmasının qarşısının alınması;
- İqtisadi və maliyyə öhdəliklərinin dayandırılması;
- Lisenziyaların və digər icazələrin dayandırılması və ya ləğvi, hansı ki, müəyyən fəaliyyətlərin həyata keçirilməsi üçün zəruridir, xüsusilə, təbii sərvətlərin istismarına dair xüsusi icazələrin ləğv və ya dayandırılması;
- Privatizasiya prosesində iştirakın qadağan edilməsi, dövlət əmlakının icarəyə verilməsi hüququnun qadağan edilməsi;
- Hüquqi şəxslərdən mal, iş və xidmətlərin satın alınması qadağan edilməsi;
- Dəyərli kağızlar üzrə əməliyyatların tam və ya qismən qadağan edilməsi, sanksiya tətbiq edilən şəxslər tərəfindən buraxılmışdır (tam qadağa);
- İqtisadi şirkətlərin və müəssisələrin nizamnamə kapitalının artırılmasının qadağan edilməsi;
- Rəsmi səfərlərin, görüşlərin, müqavilələrin və ya sazişlərin bağlanması üzrə danışıqların dayandırılması;
- Xarici ölkələrin sakinlərinə vizaların verilməsi və ya ləğv edilməsinin rədd edilməsi, Ukraynanın ərazisinə girmə ilə bağlı digər qadağaların tətbiq edilməsi;
- Ukraynanın dövlət mükafatlarının alınması;
- Torpaq sahələrinin alınmasının 10 illik qadağan edilməsi.