Marneulili Raul Musayev İtalyanın məhşur futbol komandası olan
06.12.2024 15:56
1781
Siyasət
A
Marneulili Raul Musayev İtalyanın məhşur futbol komandası olan "İnter" - də oynayacaq

13 yaşlı "Olimp" futbol komandasının yetirməsi, Marneulili Raul Musayev, 23 Noyabr tarixində "İnter" futbol komandasının seçmələrinin ilk mərhələsinə qatılaraq yüksək performans göstərdi və nəticədə seçmələrin 2-ci mərhələsinə keçdi. 2-ci mərhələdə də göz oxşayan futbol oynayaraq seçmələrdə böyük diqqət topladı və İtalyanın məşhur futbol klubu olan "İnter" komandasının Gürcüstan seçmələrini qazandı.

Aktual.ge xəbər verir ki, artıq Raul Musayev, İnterin Gürcüstan Akademiyasında çıxış edəcək. O, 2025-ci ilin yanvar ayında 3 illik müqavilə bağlayacaq. Onun mövqeyi isə "İnter" akademyasının 2011-ci il təvəllüdlü komandasında sağ cinah müdafiəçisi və mərkəz müdafiəçisi olaraq müəyyən edilib.

Qeyd edək ki, onun xüsusi məşqci Emin Binnətovdur.

ŞƏRH YAZ
2