Nika Qvaramiyaya 12 günlük inzibati həbs cəzası verilib
06.12.2024 16:13
452
Siyasət
A
Nika Qvaramiyaya 12 günlük inzibati həbs cəzası verilib

"Tbilisi şəhər məhkəməsi, “Dəyişikliklər üçün Koalisiya”nın lideri Nika Qvaramiyanı inzibati xəta törətmiş şəxs kimi tanıyıb və ona 12 sutka inzibati həbs cəzası verib.

Aktual.ge xəbər verir ki, Nika Qvaramiya qərar elan edildikdən sonra “Yaşasın Gürcüstan, ölüm qullara!” deyib.

Xatırladaq ki, Nika Qvaramiya Droa” partiyasının ofisində aparılan istintaq zamanı həbs edilib. Nika Qvaramiya ofisə daxil olub axtarışda iştirak etməyi xahiş edib, amma polis buna hüquq verməyib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Nika Qvaramiya arasında qarşıdurma baş verib və nəticədə koalisiyanın lideri həbs edilib.

Məlumat üçün bildirək ki, Nika Qvaramiya İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri (166 və 173-cü maddələr) ilə həbs edilib."

ŞƏRH YAZ
21