
Kateqoriyalar
Batumidə güclü külək və yağış nəticəsində bir neçə yaşayış binasının damı zədələnib. Həmçinin binanın həyətində dayanmış avtomobillər də zərər görüb.
Aktual.ge məlumat verir ki, vətəndaşlar zərərin ödənilməsini və damların bərpa olunmasını tələb edirlər.
Güclü külək səbəbindən Batuminin bəzi rayonlarında yaşıllıqlara, çoxillik ağaclara və infrastruktur obyektlərinə də ziyan dəyib.
Hazırda əlverişsiz hava şəraiti Batumidə bir sıra küçələrdə həyatı iflic edib.