“Gürcüstanda indi gördüyümüz hadisələr namizəd ölkələrin getməli olduğu istiqamətdə irəliləmir".
Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu gün keçiriləcək iclasda Gürcüstanla bağlı sanksiyalar və həmçinin vizasız rejimin məhdudlaşdırılması məsələləri müzakirə olunacaq.
“Beləliklə, biz müzakirə edəcəyik ki, Gürcüstan hakimiyyəti üçün müxalifətə qarşı repressiyalardan istifadə etməyin hansı nəticələri ola bilər və orada istifadə edilən bütün vasitələrə qarşı Avropa tərəfindən nə edə bilərik. Əlbəttə, bir məsələ sanksiyalardır, digər məsələ isə vizasız rejimin məhdudlaşdırılmasıdır” , - deyə Kaya Kallas qeyd edib.