Gürcüstanın baş naziri özünütəcrid rejiminə keçib
01.11.2020 22:04
648
Siyasət
A
Gürcüstanın baş naziri özünütəcrid rejiminə keçib
Gürcüstanın baş naziri Giorgi Qaxaria koronavirusla əlaqədar özünütəcrid rejiminə keçib. Aktual.ge xəbər verir ki, bu barədə G.Qaxaria özünün rəsmi “Facebook” səhifəsində yazıb. Hökumət başçısı qeyd edib ki, təmasda olduğu əməkdaşında koronavirus aşkarlanıb: “Buna görə də özünütəcrid rejiminə keçmişəm və bu rejimdə işimi davam etdirəcəm”. Yayılan məlumatlara əsasən, G.Qaxarianın mühafizəçisi COVID-19-a yoluxub.
ŞƏRH YAZ
7