Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar
13.01.2025 16:38
214
Siyasət
A
Putin və Pezeşkian Rusiyada danışıqlar aparacaqlar

Rusiya Prezidenti Vladimir Putin və bu ölkəyə rəsmi səfər edəcək İran Prezidenti Məsud Pezeşkian arasında danışıqlar yanvarın 17-də keçiriləcək.

Aktual.ge "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"İkitərəfli əməkdaşlığın, o cümlədən ticari-investisiya, nəqliyyat-logistika və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.

Danışıqların sonunda Putin və Pezeşkian Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq və mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

ŞƏRH YAZ
12