
Tbilisi meri Kaxa Kaladze, Abu-Dabidəki insidentlə bağlı açıqlama verərək, zorakılığa hər zaman layiqli cavabın veriləcəyini bildirib.
Aktual.ge xəbər verir ki, məmurları təhqir etdikdə onlar sakitcə baş əyib çıxıb gedə bilməzlər.
“Deputat, məmur heç kimə hücum etmir. Təbii ki, mən bunu gördüm, nə şifahi, nə də fiziki zorakılığı heç kəs bağışlamır. Siz hətta bir deputatın və ya hansısa məmurun vətəndaşa hücum etməsi ilə bağlı bir misal çəkə bilməzsiniz. Heç kimin ixtiyarı yoxdur ki, təkbaşına oturan, səhər yeməyi yeyən adama yaxınlaşıb, onu sözlə təhqir etsin. Zorakılıq mənim üçün qəbuledilməzdir, dəfələrlə açıqlama vermişəm. Təhqir ediləndə həmişə reaksiya olacaq, bunu hamı başa düşməlidir. Siz elə bir tendensiya aşılamağa çalışırsınız ki, məmur kimdənsə təhqir olunursa, başını aşağı salıb getsin, bu, olmayacaq. Zorakılığa həmişə müvafiq cavab veriləcək,” - Kaladze bildirib.