Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədini imzalayacaqlar
14.01.2025 11:20
253
Siyasət
A
Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədini imzalayacaqlar

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.

Aktual.ge Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Ermənistanın XİN başçısı Ararat Mirzoyan yanvarın 14-15-də Vaşinqtonda işgüzar səfərdə olacaq. A.Mirzoyan amerikalı həmkarları, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlər planlaşdırılır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə yazıb.

ŞƏRH YAZ
2