
Hakim Nino Menqaşvili, "Netgazeti" xəbər saytının təsisçisi Mzia Amaqlobelini həbsdə saxlayıb.
Aktual.ge xəbər verir ki, Menqaşvili prokurorluğun vəsatətini məhkəmə zalında təmin edib və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Prokurorluq həbslə bağlı vəsatət qaldırıb, müdafiə tərəfi isə jurnalistə qarşı 100 min lari girov təklif edib.
Məlumat üçün bildirək ki, Mzia Amaqlobeli yanvarın 11-də Batumidə baş polis bölməsində keçirilən aksiyada əvvəlcə inzibati qaydada saxlanılsa da, təxminən iki saatdan sonra sərbəst buraxılıb. Sərbəst buraxıldıqdan bir neçə dəqiqə sonra onu yenidən həbs ediblər.
Qeyd edək ki, Batumidə baş verən aksiya zamanı Mzia və polis arasında qarşıdurma baş verib. Mzia Amaqlobelinin ittiham olunduğu maddədə 7 il həbs cəzası nəzərdə tutulur.